Aygün bunu Azərbaycanda ilk dəfə etdi - “18-”

Aygün bunu Azərbaycanda ilk dəfə etdi
Oxunma sayı: 4423

Xalq artisti Aygün Kazımova Azərbaycanda ilk dəfə olaraq “18-” adlı karaoke albom təqdim edib.“Qafqazinfo” xəbər verir ki, sənətçi rəsmi “YouTube” kanalında yayımlanan albomdakı karaokeləri pərəstişkarlarının instaqram rəyləri əsasında təyin edib. 

Müxtəlif ifaçılar tərəfindən tez- tez repertuarına müraciət olunan Aygün həm həmkarlarına, həm də dinləyicilərə mahnılarınının karaoke versiyasından bəhrələnmək üçün imkan yaradıb. 

Xalq artisti karaokelərdə səslənən “bek-vokal”ları belə özü ifa edib. Alboma 18 mahnı daxil edilib. Adı məhz musiqilərin sayına görə, qoyulub.