“Aygün də, İlhamə də fonoqram oxuyur” - - Tolik

aygun-de-ilhame-de-fonoqram-oxuyur-
Oxunma sayı: 2456


“Qafqazinfo”ya açıqlama verən prodüser sosial şəbəkədə “Röya fonoqram oxuyur” sözlərini zarafatca yazdığını bildirib:

“Ötən gün “İnstagram”da Röyanın şəklinin altına zarafatca “Fonoqram oxuyur” yazdım. Müğənninin prodüseri Kənan Bayramovla zarafat etdik. Biz zarafat edə bilmərik? Jurnalistlər bilmir nədən yazsın. Aygün Kazımova da, İlhamə Quliyeva da , Sevda Yahyayeva da fonoqram oxuyur. İndi fonoqrama oxumayan müğənni var? Mənim Röya ilə problemim  yoxdur".

Prodüser ötən gün Sevda Yahyayevanın konsert zamanı səhnəyə çıxmaqdan imtina etməsinə də aydınlıq gətirib:

“Hamı deyir ki, Sevdanın konserti baş tutmayıb. Ötən gün keçirilən Sevdanın konserti deyildi və o, konsertdə bir çox müğənnilər iştirak etdi. Sevda fəxri qonaq idi və ona görə adı reklamda  verilmişdi. Reklam da 1 gün efirə getdi. Heç bir müğənni pul istəməmişdi, ancaq mən qonarar istəmişdim. Konsert zamanı qonorarı vermədilər. Mən də Sevdanı səhnəyə çıxmağa qoymadım. Təşkilatçı gənc, təcrübəsiz idi. Ona görə bu hadisəni böyütmək lazım deyil. Sevda Yaşıl teatrda sentyabrın 8-i konsert proqramı ilə çıxış edəcək”.

Könül