Aygün Kazımovadan media rəhbərlərinə xəbərdarlıq

aygun-kazimovadan-media-rehberlerine-xeberdarliq
Oxunma sayı: 647

Məsələ ilə bağlı Aygün Kazımova media qurumlarına və onların rəhbərlərinə müraciət ünvanlayır:

“Sözün düzü mən bu xəbəri eşidəndə inanmadım. Hətta bu günə qədər ciddi və nüfuzlu hesab etdiyim informasiya portallarında, saytlarda haqqımda yazılan xəbər mənə göstəriləndə çox təəccübləndim. Çünki Azərbaycanda kifayət qədər nümunəvi jurnalistlər var ki, onlardan bu peşəni öyrənmək utandırıcı iş deyil.

Ona görə də xahiş edirəm ki, mədəniyyət sahəsində çalışan bəzi jurnalistlərə onların peşə etikasını xatırlatsınlar. Hətta şou-biznesin də bir qırmızı xətti var və onu tapdalayıb keçməyə heç kəsin ixtiyarı yoxdur. Yayılan xəbərlərin mənbəyi və əsası olmalıdır. Reytinq naminə əsassız xəbər yaymaq cinayətdir. Mövzunun aktuallğını nəzərə alıb KİV nümayəndələrindən xahiş edirəm ki, elə bu gün, Milli Məclisdə müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsinin «Böhtan» (147-ci maddə) və «Təhqir» (148-ci maddə) maddələrinə təklif olunan dəyişiklikləri diqqətlə izləsinlər.

Xatırlatmaq istəyirəm ki, hər şeydən öncə mən bir qadınam. Şərəfimə, ləyaqətimə, mənliyimə toxunacaq ifadələr işlədən istənilən şəxs qanun qarşısında cavab verəcək. Biz hansı dövrdə yaşayırıq ki, kimsə kimisə şantaj eləsin?.. Bundan sonra haqqımda deyilən və yazılan hər bir əsassız yazıya görə cavabdeh olan şəxs qanun qarşısında cavab verəcək. Belə məsələlərə artıq heç bir şərh verməyəcəm. Dövlətimizin qanunları var və çox yaxşı da icra olunur.”