“Qafqazinfo”nun məlumatına görə, xalq artisti konsertini Azərbaycanda keçirilən İlk Avropa Oyunlarının qaliblərinə həsr etdiyini bildirib:
“Yay konsertimi Avropa Oyunlarının qaliblərinə həsr edirəm. Onlar bizim bayrağımızı ucaldıb, himnimizi səsləndirib. Bütün azərbaycanlılar kimi, mən də çempionlarımız ilə fəxr edirəm. Onlar ölkəmizdə baş tutan möhtəşəm Avropa Oyunlarında bizim adımızı ucaltdılar. Mən hər zaman idmançılarımıza var gücümlə dəstək olmuşam, oluram və olacağam”.
Xatırladaq ki, xalq artisti bundan əvvəl də idmana və qalib idmançılara dəstək layihələrinə imza atıb. Məsələn, ən son xalq artisti ötən ay güləş üzrə Naxçıvan Kuboku uğrunda beynəlxalq turnirin açılışında iştirak edərək, idmançılara dəstəyini nümayiş etdirib.
Qeyd edək ki, Aygün Kazımovanın “Ayrılarmı könül candan” adlı yay konserti paytaxtın dənizkənarı əyləncə mərkəzlərindən birində, 21 avqust saat 21:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər