Aygün Namiqlə bir arada

aygun-namiqle-bir-arada
Oxunma sayı: 3415


 “Qafqazinfo”nun məlumatına görə, son günlər şəxsi həyatı ilə gündəmə gələn  gənc ifaçı “ATV”də yayımlanan "Toy gecəsi" serialında rol alacaq. Bu haqda serialın rejissoru Yaşar Əhmədov məlumat verib:

 “ “Oscar production” olaraq beşinci aydır ki, tamaşaçı marağına səbəb olan serial ərsəyə gətiririk. Murad obrazı ilə özünü aktyor kimi təsdiqləyən Namiq Qaraçuxurlu kifayət qədər izləyici sevgisi qazanır. Komanda olaraq belə qərara gəldik ki, süjet xəttinə daha maraqlı hadisələr əlavə edək. Azərbaycanın tanınmış aktyoru, İrəvan Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev və estrada müğənnisi Aygün Rəhimovanı serialın 23-cü bölümünə əsas obrazları canlandırmağa dəvət etdik. Aygün Ləman adlı varlı bir iş xanımını, Piriyev isə onun əmisi olaraq biznesmen Tahir Nuriyev obrazını canlandıracaq".