Aygün Natavana yazdığı söyüşü niyə sildi?- - Foto

aygun-natavana-yazdigi-soyusu-niye-sildi-
Oxunma sayı: 5465


Küçə ifadəsi ilə həmkarının ünvanına ağır sözlər işlədən xalq artistinin bu hərəkəti sosial şəbəkələrdə etiraza səbəb oldu. 

Necə ola bilər ki, Azərbaycan musiqisinin təmsilçisi, özünü şou-biznesin divası adlandıran Aygün öz şəxsi instagram səhifəsində açıq-aşkar bu cür sözlər işlədir. Nəzərə alsaq ki, Aygün Kazımovanın İnstagramda 35543 izləyicisi var və özü də yaxşı bilir ki, media onun paylaşımlarına istinad edərək dəfələrlə xəbər yayımlayıb.

Bu gün isə məlum oldu ki, Aygün Kazımova instagramdakı söyüşlə dolu statusunu silib. Hələ ki, sözügedən proqram yayımlanmadığı üçün biz Natavanın Aygünün ünvanına nələr dediyini bilmirik. 

Xalq artistinin instagramdakı söyüşünə isə Natavan cavab vermək istəməyib. Özünü müğənninin köməkçisi kimi təqdim edən Aysu adlı xanım Kazımovanın fikirlərinin Natavana maraqlı olmadığını qeyd edib:

“Aygün Kazımovanın nə yazıb, nə pozduğu Natavan xanıma maraqlı deyil. O, bu haqda danışmaq istəmir”.