Aygün sevgili xəbərini yalanladı

aygun-sevgili-xeberini-yalanladi
Oxunma sayı: 1913

Xalq artisti Aygün Kazımova Rusiyanın estrada ulduzu Filipp Kirkorovla sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, məşhur müğənni “ATV maqazin onlarla” proqramına açıqlamasında rus mediasında dərc edilən məlumatları təkzib edib:

“O dəqiqə istəyirlər ki, mənim sevgilim olsun. Sevgi mənim üçün çox önəmlidir. Filipp Kirkorovdan danışanda üzüm, ürəyim gülür. Biz sevgili olsaydıq, çoxdan aramız dəymişdi. Sevənlərim bilir ki, bizi yalnız dostluq birləşdirir. Ən yaxşı münasibət dostunu sevməkdir. Bu, bitməz bir sevgidir. Belə sevgililərim çoxdur”.