Aygün və Emindən bayram sürprizi - Audio

aygun-ve-eminden-bayram-surprizi
Oxunma sayı: 4670

Xalq artistləri Aygün Kazımova və Emin Ağalarov 9 Noyabr -  Dövlət Bayrağı gününə özəl olaraq “Azərbaycan” adlı duet təqdim ediblər.

“Qafqazinfo” xəbər verir ki, mahnının musiqisi Brendon Stoun, sözləri Brendon Stoun və Aleksandr Lev Konovalova məxsusdur.

Mahnı A. Kazımovanın rəsmi yutub kanalında təqdim olunub və müğənninin bütün rəqəmsal platformalarında yer alıb. “iTunes” istifadəçiləri mahnını “Dolby Atmos” formatında dinləyə biləcəklər.

Qeyd edək ki, sözügedən duet A. Kazımovanın tezliklə işıq üzü görəcək “Я в Нирване“ adlı yeni rusdilli albomunda yer alacaq.