Tanınmış rejissor Kənan M.M-in müğənni xanımı Aygün Şükürova (Mahmudova) “5-də 5” proqramında qonaq olub. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl arıqlaması ilə gündəmə gələn ifaçı efirdə kilolu halı ilə diqqət çəkib.
Dietoloq köməyi ilə artıq çəkilərindən xilas olan Aygün bir neçə aya əvvəlki halına qayıdıb, çəkisi artıb.
Qeyd edək ki, Aygünün sürətli arıqlaması müzakirələrə səbəb olmuşdu. Onun mədəkiçiltmə əməliyyatı ilə kilolarından xilas olduğu iddia edilirdi. Müğənni isə ittihamları qəbul etməmiş, pəhrizlə arıqladığını bildirmişdi.



Son xəbərlər
Son Xəbərlər