Aygünlə Brilliant bir araya gəldi

aygunle-brilliant-bir-araya-geldi
Oxunma sayı: 7124


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, son vaxtlar münaqişədə olan xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova da konsert keçirilən məkanda olub. Bir-birini görməməzlikdən gələn sənətçilər salam-sağol belə etməyib.

Brilliant Dadaşova Aygünün gəlişindən bir qədər sonra konserti tərk edib.

Qeyd edək ki, Sibel Can “Azərbaycanın Divası Aygün Kazımova” deyərək xalq artistini səhnəyə dəvət edib. 

Cütlük türkiyəli qonağın istəyi ilə Sibe Canın “Alaturka” mahnısını duet şəklində oxuyub.

Möhtəşəm səsləri ilə bilinən iki məşhur xanımın çıxışı alqışlarla qarşılanıb.