Aygünü görən azyaşlı həyəcanlandı - Video

aygunu-goren-azyasli-heyecanlandi
Oxunma sayı: 2198

Xalq artisti Aygün Kazımovanın çıxış etdiyi toy mərasimində maraqlı hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, sənətçi mahnı ifa etmək üçün səhnəyə çıxıb, qonaqlarla birgə əylənməyə başlayıb. 

Bu zaman azyaşlı oğlan səhnəyə yaxınlaşaraq pilləkəndə əyləşib, pop ifaçısını seyr etməyə başlayıb. Daha sonra həmin uşaq valideyni ilə birgə kulisə gedib. Azyaşlının anası qeyd edib ki, oğlu Kazımovanı görəndə çox həyəcanlanıb: “Sizi birinci dəfə görürdü. Nəfəs almamağa başladı, qorxdum, təcili yardım çağıracaqdım”. 

Həmin anlar lentə alınaraq sosial şəbəkədə paylaşılıb.