Ayı küçədə yuxuya getdi - Foto

ayi-kucede-yuxuya-getdi
Oxunma sayı: 4968

"Ən son məlumata görə ayı yuxuya gedib".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sosial şəbəkədə məlumat paylaşıb.

O, Şəki sakinlərinə müraciət edib:

"Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar. Vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir".