Sosial mediada sirkdə ayının tamaşaçılara hücum etməsini əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Ukraynanın Kiyev vilayətində qeydə alınıb. Kadrlarda təlimçinin bir anlığa cilovu boş buraxması ayının tamaşaçılara hücum etməsi ilə nəticələndiyi görünür. İnsanlar arasında yaranan çaxnaşma nəticəsində bir neçə nəfər xəsarət alıb.
Sirk rəhbərliyi tamaşaçıların biletinin pulunu qaytarmaqla yanaşı xəsarət alanlara köməklik edəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər