Ayın sonuncu günü hava necə olacaq?

ayin-sonuncu-gunu-hava-nece-olacaq
Oxunma sayı: 933


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 20-25, gündüz  30-35 dərəcə  isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq  küləyi əsəcək. 

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.