Aynişan “Eurovisison-2011”i yenidən Azərbaycana yaşadır

aynisan-eurovisison-2011i-yeniden-azerbaycana-yasadir
Oxunma sayı: 656

O, Adil Baxışlının “Yox” mahnısının rus versiyasını ifa edib. Mahnının sonunu isə azərbaycan dilində bitirib. Bu barədə “Qafqazinfo”ya təmsilçimizin anası, əməkdar artist Aybəniz Haşımova məlumat verib. O bildirib ki, Aynişanın səhnəyə çıxıxşı çox möhtəşəm oldu: “Anası olduğu üçün demirəm, həqiqətən də o,səhnədə çox gözəl çıxış etdi. Azərbaycan bayrağına bürünmüşdü. Burada hamı Aynişana səs verəcəklərini, onun birinciliyə layiq olduğunu deyir. Münsiflər heyətində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də təmsil olunur”.

A.Haşımovanın sözlərinə görə, bu gün təmsilçilər finalda neçənci çıxış edəcəckləri üçün nömrə də çıxardılar. Aynişanın çıxardığı nömrəsi isə 18 oldu: “Təsəsvvür edin, Azərbaycanın “Eurovision-2011”dəki iştirakçılarının çıxış nomrəsi də 18 olmuşdu. Bu da xoş bir təsadüf oldu. Sabah Aynişan Azərbaycan mahnısı ilə səhnəyə çıxacaq. Finalda isə Slavyan dilində mahnı oxuyacaq. İnsaallah Aynişandan qələbə gözləyirik və ümid edirik ki, Aynişan bizə bu qələbəni yaşadacaq”.

Aybəniz xanım onu da bildirdi ki, Aynişan payızda İsveçdə keçiriləcək beynəlxalq festivala da dəvət alıb.

Nigar Məmmədli