Aynur İmranova REAL-a üzv oldu

aynur-imranova-real-a-uzv-oldu
Oxunma sayı: 1414


AzNews.az xəbər verir ki, bu barədə məlumatı ReAL Hərəkatının icra katibi Natiq Cəfərli facebook səhifəsində paylaşıb. O, qeyd edib ki, Aynur İmranovanın təcrübəsi partiya quruculuğunda ReAL-a kömək olacaq.

Bununla bağlı Aynur İmranova ilə əlaqə saxladıq. O, açıqlamasında deyib ki, hərəkatın partiyalaşma mərhələsinə qoşulmağa razılıq verib: “Yeni Real Partiyasının təşəbbüskarlarından və qurucularından olacağıq”. 

Xatırladaq ki, Aynur İmranova 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra Ümüd Partiyasının sıralarını tərk edib.