AYO Rafiq Tağı ilə bağ bəyanat verdi

ayo-rafiq-tagi-ile-bag-beyanat-verdi
Oxunma sayı: 1181


“Qafqazinfo” həmin bəyanatı olduğu kimi təqdim edir:

Faciəvi şəkildə qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının cinayət işi ilə bağlı istintaqın dayandırılması haqqında Respublika Baş Prokurorluğunun açıqlaması mətbuatda yayılıb. Heç bir siyasi partiyanın üzvü olmayan, demokratik prinsiplərə uyğun olaraq yaradıcılıq fəaliyyətini sürdürən görkəmli bir yazıçının istintaqının nəticəsiz şəkildə tamamlanması ölkəmizdə söz azadlığı ideyasının gerçək mənzərəsini gözlər önünə sərməkdədir. Bu ölkədə yazıçılar, jurnalistlər, qələm adamları satın alınır, şantaj edilir, həbs olunur və öldürülür, qələm adamları cəmiyyətin ən müdafiəsiz zümrəsidir və onların istintaqı illərlə süründürülərək sonda nəticəsiz olaraq dayandırılır. Tanınmış adamlara qarşı ədalət mexanizmləri işləmədiyi halda sadə insanların hansı ədalətsizliklərlə qarşılaşdığını təsəvvür etmək çətin deyil. Rafiq Tağının qətlinin istintaqının nəticəsiz olaraq dayandırılması ölkəmizdə Azad Sözün meydanının daha da daraldılması deməkdir, bu halın cəzasızlıq mühitinin daha da genişlənməsinə və jurnalistlərin özünüsenzurasının güclənməsinə səbəb olacağı şübhəsizdir. Biz Azad Yazarlar olaraq Rafiq Tağının qatillərinin cəzasız qalmasını pisləyirik və bu halla barışmayacağımızı elan edirik.