“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya kanallarının birinə zəng edən müğənni Şallını çox sevdiyini və ayrılıq qərarını teleaparıcının verdiyini bildirib:
“Ayrılıq qərarlarını hər zaman qadınlar verir və kişilər də bu qərarlara riayət edir. Münasibətlərin başlanğıcında da, bitməsində də söz haqqı qadında olur. Ebrunun ayrılmağımız haqda açıqlamasını qəzetdən oxudum. Ayrıldıq, amma Ebrunu çox sevdiyimi inkar edə bilmərəm. Arada soyuqluq var idi, müəyyən müddət uzaqlaşıb, yenidən müzakirə edəcəkdik. Amma Ebru belə bir açıqlama verib. Bir mələkdən ayrılmaq çətin olsa da, Allahın qismətinə qarşı çıxa bilmərəm”.
Qeyd edək ki, cütlük 2013-cü ildə Bakıda “Qrand” mükafatlandırma mərasimində tanış olduqdan sonra sevgili olub.
Könül
Son xəbərlər
Son Xəbərlər