Ayrılıq xəbərini təsdiqlədilər

ayriliq-xeberini-tesdiqlediler
Oxunma sayı: 2698

Dünyaca məşhur pop ulduz Cennifer Lopez və nişanlısı, keçmiş beyzbol oyunçusu Aleks Rodrigez ayrıldıqlarını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, cütlük mətbuata yaydığı ortaq açıqlamada münasibətlərinin bitdiyini elan edib.

“Dost kimi daha xoşbəxt olduğumuza qərar verdik və dost kimi həyata davam edəcəyik. Birgə işləməyə və ortaq işimizdə bir-birimizə dəstək olacağıq. Özümüzə və övladlarımıza hər şeyin ən yaxşısını diləyirik”,- deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, CeyLo və hazırda iş adamı olan Aleks ayrılıq xəbərlərini təkzib etmişdi.

İddiaya görə, Rodrigez “Southern Charm” şousunun ulduzu Madison LeCroyla nişanlısına xəyanət edib.