“Qafqazinfo”nun məlumatına görə, ifaçı şəhər restoranlarının birində sənət dostlarını bir araya toplayaraq yeni yaşını qarşılayıb: “Bu gün mənim özəl gündür. Sevdiyim, hörmət etdiyim dostlarımla, doğmalarımla qeyd etmək istədim. İlk olaraq sevgilim təbrik etdi. Dostlarım sevdiyim hədiyyələri bağışladı. Bu gün yanımda olan hər kəsə minnətdaram”-, deyə Əlizadə bildirib.
Qeyd edək ki, mərasimdə prodüser Tolik, Təranə Səmədova, Sevinc Ağaşirinova, Roza Zərgərli, teleaparıcılar Vüsalə Əlizadə, Samir Bayramlı, İlkin Həsənli və başqaları iştirak edib.
Könül