Aysel Türkiyədə çəkilən klipini təqdim etdi

aysel-turkiyede-cekilen-klipini-teqdim-etdi-
Oxunma sayı: 1464

Müğənni Aysel Əlizadə növbəti klipini təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, sözləri Leyli Erol, musiqisi Hakan Erola məxsus “Sarılsam” mahnısını türkiyəli rejissor Teoman Topçu ekranlaşdırıb.

İstanbulda çəkilən klipin sujet xətti bir-birindən ayrı sevənlərin iztirabından bəhs edir. Çəkilişlər İstanbulun bir neçə səmtində aparılıb.

Qeyd edək ki, bu, Ayselin Türkiyədə çəkdirdiyi 3-cü klipidir. Bundan öncə sözügedən rejissor A.Əlizadənin “Ulduzlar” və “Geri Dönsən” mahnısına ekran həyatı verib.