Ayselin bek-vokalçısı məşhur müğənni olacaq

ayselin-bek-vokalcisi-meshur-mugenni-olacaq
Oxunma sayı: 1377

63-cü Avroviziya mahnı müsabiqəsinə hazırlıqlar davam edir.“Qafqazinfo” xəbər verir ki,  “X My Heart” (Cross My Heart) mahnısı ilə ölkəmizi Portuqaliyada təmsil edəcək Aysel Məmmədovanın (Aisel)  komandası müəyyənləşib. 

Fokas Evaggelinosun üzərində işlədiyi xareoqrafiya haqqında məlumat verilməsə də, Aiseli səhnədə kimlərin müşahidə edəcəyi məlum olub. Təmsilçimizi ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçı müşahidə edəcək: Rui Andrade, Salome Caldeira, Hugo Baptista və Sandra D’ Andreade. Bu barədə "İnfe Azerbaijan" səhifəsi məlumat yayıb. 

Əlavə olaraq səhnə arxasında tanınmış yunan ifaçısı Stefania Rizou Ayselin  bek-vokalçısı kimi Azərbaycan komandasında yer alıb.