Bu il “Eurovision” mahnı yarışmasında Azərbaycan təmsilçisi Aysel Məmmədovadan (Aisel) xəbər var.
“Qafqazinfo”nun məlumatına görə, tanınmış müğənninin “postcard” çəkilişlərinə start verilib. O, bunun üçün yarışmanın keçiriləcəyi Portuqaliyaya səfər edib.
Çəkilişlər Lissabon şəhərinin müxtəlif məkanlarda baş tutub.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.


Son xəbərlər
Son Xəbərlər