Aysun Qurdla sevgilidir?

aysun-qurdla-sevgilidir
Oxunma sayı: 4918

Müğənni Rəqsanə İsmayılovanın qızı, gənc ifaçı Aysun İsmayılova ilə repçi Qurdun (Fərid Eminov) sevgili olması barədə şayiələr yayılıb.

“Qafqazinfo” xəbər verir ki, onların “Maşın” realiti- şousunda yaxınlaşması, daha sonra Qurd oyunu tərk edərkən Aysunun ağlaması iddiaları daha da gücləndirib.

Aysun yarışmanın ötən günkü buraxılışında məsələyə aydınlıq gətirib. İsmayılova repçi ilə münasibətinin olmadığını bildirib: “Mən Qurdla çox yaxın dostam. O, şou-biznesdə kişilər arasında mənə ən yaxın olan insandır. Oyunda da Qurd nə deyirdisə, onunla razılaşırdım. Çox güvəndiyim insanlardandır. Mənim heç kəsdən qorxacağım bir şey yoxdur. Olsa, açıq-aşkar deyərəm. Başqa yerə yozulmasın”.