Aysusuz bir il... - Fotolar

aysusuz-bir-il
Oxunma sayı: 4165

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından bir il ötür.

“Qafqazinfo”nun məlumatına görə, 2020-ci ilin oktyabrın 27-də “Smerç” raketləri ilə həyata keçirilən xain hücum beş kənd sakininin həlak olması ilə nəticələnib ki, onlardan biri də 7 yaşlı Aysu İsgəndərova idi.

Yaşayış məntəqəsinin klaster bombaları ilə atəşə tutulduğu vaxt Aysu, 3 yaşlı bacısı Tahirə İsgəndərova ilə birlikdə gül yığırdı. Hadisə nəticəsində Aysunun bacısı da yaralandığı üçün xəstəxanaya yerləşdirilmişdi.

Kəndə raketin düşdüyü vaxt azyaşlıların atası Rövşən İsgəndərov traktor sürürdü.

“İşdə idim. Traktor sürürdüm, səsi eşidəndə gördüm ki, tüstü biz tərəfdən çıxır. Getdim ki, uşaq yoxdur. Gördüm ki, Aysunun daxili orqanları çölə dağılıb. Əlimlə yığıb apardım” - deyə Rövşən İsgəndərov hadisə anını belə xatırlamışdı.