Ayşvariya Ray koronavirusdan sağaldı

aysvariya-ray-koronavirusdan-sagaldi
Oxunma sayı: 2835

Bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş hindistanlı aktrisa Ayşvariya Ray və onun qızı Aradhin evə buraxılıblar. “Qafqazinfo” bildirir ki, bu barədə Rayın həyat yoldaşı, hindistanlı aktyor Abhişek Baççan tvitterdə məlumat verib.

“Sizin daimi dualarınıza və xoş arzularınıza görə hamınıza təşəkkür edirəm... Ayşvariya və Aradhinin testləri, xoşbəxtlikdən, mənfi nəticə verdilər və onlar xəstəxanadan buraxıldılar. İndi onlar evdə olacaqlar. Atamla biz tibb işçilərinin nəzarəti altında xəstəxanada qalacağıq”, - Baççan yazıb.

Qeyd edək ki, daha əvvəl Baççan və onun atasında – Bollivud ulduzu Amitabh Baççanda da koronavirus aşkarlanmışdı. Abhişekin bildiridiyinə görə, xəstəlik onlarda yüngün formada keçir.