“Qafqazinfo”nun məlumatına görə, teleaparıcı sosial şəbəkədə fotosunu paylaşaraq ““ATV”nin qrim otağında.. Tezliklə” şərhini yazıb.
Səfərovanın bu addımı sosial şəbəkədə teleparıcının “ANS”dən ayrılıb “ATV”də fəaliyyətə başlaması haqda xəbərlərin yayılmasına səbəb olub. Lakin teleaparıcı bu haqda verilən sualları cavabsız qoyaraq “açması az sonra” şərhini yazıb.
Qeyd edək ki, Aytən Səfərova ANS-də "Salam, Azərbaycan" proqramının aparıcısı idi.
***
ANS Şirkətlər Qrupunun media üzrə müşaviri Mais Məmmədov “Qafqazinfo”ya açıqlamasında bunun şayiə olduğunu bildirib:
“Bunlar şayiədir, hər gün biri çıxır. Gah ANS satılır, gah Mirşahin Ağayev BBC-yə işləməyə gedir. Aytən də işdədir, normal işləyir. Yorulmuşuq şayiələrdən, ona görə məcburuq kim haqqımızda yazır məhkəməyə verək. Başqa çıxış yolumuz yoxdur”.
Xatırladaq ki, teleaparıcı bu fotonu paylaşıb:

Son xəbərlər
Son Xəbərlər