Aytən Səfərova efirə çıxmır

ayten-seferova-efire-cixmir-
Oxunma sayı: 6097


"Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, aparıcının canlı yayıma çıxmaması və proqramı başqalarının idarə etməsi diqqətdən qaçmayıb.

A.Səfərova əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:

“İşdə güclü əsəb gərginliyi keçirtmişəm. Buna görə də bülleten götürüb, istirahətə çıxmışam. Bunun bir həftə və ya daha uzun çəkəcəyi ilə bağlı heç nə deyə bilmərəm”.

“Əsəb gərginliyinə nə səbəb oldu” sualına isə A.Səfərova “Bunu açıqlaya bilmərəm” deyə, cavab verib.