Aytən Səfərova qəzaya düşdü

ayten-seferova-qezaya-dusdu
Oxunma sayı: 6812


ANS- də yayımlanan “Salam, Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova yol qəzası keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə telejurnalist “Facebook” hesabında məlumat verib. 

“Zəncirvari qəzaya düşdüm. Mənim avtomobilimlə yanaşı daha 3 avtomobil yararsız vəziyyətə düşdü. Yüz metr aralıda keçid ola –ola, yolu düzgün yerdə keçməyən birinə görə hamı bu boyda maddi ziyana düşdü. O isə əlini cibinə qoyub rədd olub getdi. Niyə bizdə piyada məsuliyyətə cəlb olunmur?! Niyə o maşınları düzəltdirməməlidir?! Sonra onu vuranda bütün nəsli düşür sürücünün üstünə.  Qanunlarda boşluq doludur”, -deyə A. Səfərova qeyd edib.