68 kq çəki dərəcəsində Ayxan Tağızadə tatami üzərinə çıxacaq. O, serbiyalı Pantar Jure ilə qarşılaşacaq. Görüş 10:45-də start götürəcək.
Qadınların yarışında ölkəmizi 57 kq çəki dərəcəsində Günay Ağakişiyeva təmsil edəcək. Xanım idmançımız serbiyalı Draqana Qaldoviçlə üz-üzə gələcək. Bu qarşılaşma 10:30-da başlayacaq.
***
57 kq çəki dərəcəsində Günay Ağakişiyeva serbiyalı Draqana Qaldoviçlə mübarizədə 8-4 uduzdu.
***
Ayxan Tağızadə yarışa uğurlu start verib. O, sloveniyalı Yure Pantarla döyüşdən 11:3 hesablı qələbə qazanıb.
***
Ayxan Tağızadə ispan idmançı ilə mübarizəyə başlayır və 4-0 idmançımız irəlidədir. Hesab 4-0-dır. idmançımız 7-5 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
***
Yarımfinalda Ayxan Tağızadənin rəqibi rusiyalı Aleksey Denisenkodur. Görüş başladı. Hesab 2-1 Ayxanın xeyrinədir. Hesab 7-1 idmançımızın xeyrinədir. Ayxan 7-5 hesabı ilə rəqibinə qalib gələrək finala yüksəldi.
Qeyd edək ki, prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da idmançımızın yarımfinal görüşünü izləyib.
***
Ayxan Tağızadə polşalı Karol Robakla üz-üzədir. O, qızıl medal uğrunda döyüşür.
***
İdmançımız 0:2 hesabı ilə uduzur.
***
Ayxan 1:2 hesabı ilə uduzur.
***
Təmsilçimiz 1:3 hesabı ilə geridədir.
***
Ayxan başa zərbəylə 5:4 irəlidədir.
***
9:4 hesabı ilə idmançımız öndədir.
***
Rəqib 1 xal qazanır. Hesab 9:5 Ayxanın xeyrinədir.
***
Polşalı idmançı daha bir xal qazanır. 9:6
***
Hesab bərabərləşdi. 9:9
***
Ayxan 10:9 hesabı ilə qızıl medala sahib oldu.
Son xəbərlər
Son Xəbərlər