Ayxan Mamayev şəkillərini paylaşıb səhhətindən yazdı

Ayxan Mamayev şəkillərini paylaşıb səhhətindən yazdı
Oxunma sayı: 2304

Böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün Türkiyəyə aparılan dünya çempionu Ayxan Mamayevin səhhətindən xəbər var.

“Qafqazinfo” xəbər verir ki, 17 gün xəstəxanada yatan karateçi sağlamlığı barədə sosial şəbəkədə yazıb:

"17 gün Allahın sınağında oldum, çox əziyyətlər çəkdim. Böyrəklərimdə yaranan problmlə bağlı xəstəxanada qaldım. 1 həftə Azərbaycanda, 10 gün Türkiyədə müalicə aldım. Şükürlər olsun ki, nəticə gözəl oldu. Ailəmə, dostlarıma, Karate Federasiyasının rəhərliyinə, tanıyanlara, maraqlananlara çox sağ ol demək istəyirəm.

Bütün xərcləri Karate Federasiyası qarşıladı. Hər gün dostlarım yazıb, maraqlandılar. O qədər çətin gün yaşadım ki, indi düzəlməyimə sevinirəm. Allah heç kimə belə günlər nəsib etməsin. Hər günümüzə, anımıza şükürlər olsun".




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi