Az qala batacaqdı

az-qala-batacaqdi
Oxunma sayı: 899

Mingəçevir su anbarında batan şəxs xilas olunub.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.