“Az qala deputatın evinə də girəcəklər...” - Zahid Oruc

az-qala-deputatin-evine-de-girecekler
Oxunma sayı: 1979

Milli Məclisdə “2015- ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ətrafında millət vəkillərinin müzakirəsi başlayıb.Qafqazinfo” xəbər verir ki, millət vəkili Zahid Oruc çıxışında “Azərenerji”nin borcu məsələsinə toxunub:

“Bu qurumun borcu 1 milyard manata yaxınlaşır. Bu rəqəm bizi düşündürməlidir. SOCAR Gürcüstanda tenderi udaraq orada qaz bazarının 50 faizinə nəzarət edir. Bizim bəzi kəndlərimizdə qaz çəkilişi başlamayıb. Amma elə kəndlər var ki, qaz çəkilişi 90 faiz həyata keçirilib, amma yarımçıq saxlanılıb. O işi yarımçıq saxlamaq olmaz.

Samir Şərifov devalvasiya baş verən zaman ictimaiyyətə müraciət etdi ki, pulları evdə saxlamayın, oğrular aparacaq. Elə də oldu. Son günlər sosial yönümlü oğruların sayı artıb.

Məsələ az qala parlament üzvlərinin də evinə girmə səviyyəsinə gəlib çatıb. Son illər büdcə oğrularına qarşı mübarizə aparılır. Bu təkcə effekt verməyəcək. İdarəetmədə, strukturda da dəyişikliklər olmalıdır. Bir dənə Dövlət Satınalmalar Agentliyi deyilən qurum var. Onun hardan yerləşdiyini bilən varmı?

Tanıdğım iş adamları deyirlər ki, Azərbaycandan son dönəmlər Gürcüstana maliyyə axını başlayıb. Bu biznes öz ölkəmizin inkişafına qoyulmalıdır”.

Millət vəkili Elmira Axundova isə sabiq səfirlərin pensiyasının az olmasına məsələsinə toxunub: “Onların pensiyası 300 manatdan bir az artıqdır. Bu isə hesab edirəm ki, çox azdır. Çünki səfirlər illərdir başqa ölkələrdə yaşayırlar, erməniləri təzyiqlərinə məruz qalırılar. Onlar həm də dil biliklərinə, diplomatik bacarıqlara sahibdirlər. Bunları nəzərə alanda onların pensiyasının yenidən baxılmasına ehtiyac var”.