“Az qalırlar məni müxalifətçi çıxarsınlar” - Nura Suri

az-qalirlar-meni-muxalifetci-cixarsinlar
Oxunma sayı: 3168

Müğənni Nura Suri sosial şəbəkə hesabları vasitəsilə tez-tez ictimaiyyəti narahat edən problemləri işıqlandırdığına görə üzləşdiyi çətinliklərdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb: “Mən vaxtında çox problemlərdən yazmışam. Efirlərdən, aparıcıların reytinq xətrinə müğənnilərdən istifadə etməsindən, kanal rəhbərlərinin və işçilərinin öz yaxınlarının, qohum və qonşuların tədbirlərində, restoranlarında havayı oxutdurmasından, getməyəndə kanala “zapret” qoymasından. Bölgələrdə, şəhərdə keçirilən bütün dövlət tədbirlərinə təmənnasız getməyimizdən, təşkilatçıların bizim adımıza yazıb öz ciblərinə qoyduqları qonorarlardan. Bölgələrdə, şəhərdə keçirilən bütün dövlət tədbirlərinə təmənnasız getməyimizdən, təşkilatçıların bizim adımıza yazıb öz ciblərinə qoyduqları qonorarlardan”.

Suri qeyd edib ki, 2004-cü ildən karantin başlayana kimi bütün bölgələrdə, şəhərdə keçirilən dövlət tədbirlərinə öz hesabına gedib: “Yol pulu, köməkçi pulu, yemək pulu və s. öz cibimizdən ödəmişik. Dövlət üçün etmişik, bilməmişik ki, təşkilatçılar adımızdan pul alıb ciblərinə qoyurlar. Hələ etdiyimiz xeyriyyə işlərindən danışmıram. Xeyriyyə konsertləri, imkansızlara yardımlar və s. Bütün bunları dövlətimiz, xalqımız üçün etmişik. Söyülən də biz, “zapret”ə qoyulanda biz olmuşuq sonunda”.

Nura yazıb ki, hər bir müğənni gördüyü işlərin bir gün dəyərləndirəcəyinə ümid edir, ona fəxri adın veriləcəyini gözləyir: “Başqa heç bir maraq güdməyib heç bir sənətçi (bu haqda da ayrı yazmaq lazımdır). Bəzi ad alan müğənnilərin heç biri dövlət başçısının görmədiyi tədbirə getməyiblər. Hər yerdən xeyir güdüb, pul qazanıblar ancaq. Bəziləri kiminsə toy məclislərində oxuya-oxuya alıblar ad. Heç vaxt bir konsertləri belə olmayıb. Keçmiş mədəniyyət nazirinin müğənnilərə qoyduğu dəyər göz önündədir, artıq şərhə heç ehtiyac da yoxdur.

Bəzi qurumlar yazdıqlarım onlara sərf etmədiyindən az qalırlar məni müxalifətçi çıxarsınlar. Şəxsən mən bir qadın, müğənni, aparıcı kimi çox əzilmişəm. Amma heç vaxt öz problemlərimdən yazmamışam. Başqalarını düşünüb yazmışam. Bir gün haqq ədalət yerini tutar düşünərək səbr etmişəm”.