Az yaşlı uşaq xilas edildi

az-yasli-usaq-xilas-edildi
Oxunma sayı: 1031


“Qafqazinfo” xəbər verir ki, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. 

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə binanın damından enərək daxil olublar. 

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.