“İşğaldan azad edilmiş ərazilərdə 454 min hektar torpaq sahəsinin inventarlaşdırması başa çatıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlik tərəfindən ümumilikdə 10 rayon üzrə 150 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşdırılıb:
“Hazırda səkkiz yaşayış məntəqəsində işlər davam etdirilir. 321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub”.
Son xəbərlər
Son Xəbərlər