Azad edilmiş ərazilərdə modul tipli xəstəxanalar açılacaq

azad-edilmis-erazilerde-modul-tipli-xestexanalar-acilacaq
Oxunma sayı: 2592

Ağdam, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Hadrutda modul tipli tibb müəssisələri açılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransında agentliyin sədri Zaur Əliyev bildirib.

O qeyd edib ki, ən mühüm yeniliklərdən biri isə 2021-ci ilin oktyabr ayından etibarən Şuşa şəhərində modul tipli xəstəxananın fəaliyyətə başlamasıdır. Müəssisə ötən il ərzində 1 256 pasient qəbul edib.