Azad edilmiş ərazilərdə son həftə ərzində aşkarlanan mina sayı açıqlandı

azad-edilmis-erazilerde-son-hefte-erzinde-askarlanan-mina-sayi-aciqlandi
Oxunma sayı: 1574

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.07.2023 - 29.07.2023) açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.