Azad edilmiş ərazilərdə üç gömrük postu var

azad-edilmis-erazilerde-uc-gomruk-postu-var
Oxunma sayı: 1755

“Artıq işğaldan azad edilmiş ərazilərdə üç gömrük postu fəaliyyətə başlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib. 

O bildirib ki, hazırda Qubadlıda, Zəngilanda və Füzuli hava limanında gömrük fəaliyyəti həyata keçirilir: "Dünən Füzuli hava limanına Tehrandan təyyarə eniş etdi. Yaxında Türkiyə və digər ölkələrdən də olacaq".

Gülnar Əliyeva