Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri növbəti başçəkməni əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında keçiriblər.
"Qafqazinfo" xəbər verir ki, başçəkmə çərçivəsində həmin istintaq təcridxanasında saxlanılan Azad Həsənov da MPQ üzvləri tərəfindən konfidensial qəbul olunub, müraciəti dinlənilib və nəticədə, o, yemək qəbulundan imtina ilə bağlı aksiyasını dayandırıb.
Qəbul olunmuş şəxslərin hüquqlarının təmini vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, onlardan bəziləri barələrində aparılan cinayət işləri üzrə istintaqdan, məhkəmə hökmlərindən narazılıqlarını bildiriblər.
Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.
Son xəbərlər
Son Xəbərlər