“Azad olunan ərazilərdə sahibkarlıqla bağlı 1000-ə yaxın müraciət olub”

azad-olunan-erazilerde-sahibkarliqla-bagli-1000-e-yaxin-muraciet-olub
Oxunma sayı: 1135

“Azərbaycanın işğaldan azad olunan ərazilərində sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün 1000-ə yaxın müraciət daxil olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında yekun çıxışı zamanı bildirib.

“Bu müraciətlərin 300-ə qədəri xarici ölkədən daxil olub. Onların da 60-ı Macarıstandan gələn müraciətlərdir. Bura həm investisiya, həm də podrat layihələr daxildir. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunan ərazilərdə 10 investsiya layihəsi hazırlanıb ki, bura keramika istehsalı, tütün, şərab istehsalı üzrə layihələr təqdim olunub”, - deyə Abdullayev qeyd edib.