Azad olunan ərazilərə ilin ilk köçü başladı - Fotolar

azad-olunan-erazilere-ilin-ilk-kocu-basladi
Oxunma sayı: 3860

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülüb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bununla da indiyədək Füzuli şəhərində 410 ailənin (1519 nəfər) daimi məskunlaşması təmin edilib.