Azad olunmuş ərazilərdə nə qədər mina aşkarlanıb?

Azad olunmuş ərazilərdə nə qədər mina aşkarlanıb?
Oxunma sayı: 1597

Son bir həftə ərzində işğaldan azad edilmiş ərazilərdə 220 hektar ərazi minalardan təmizlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, təmizləmə işləri Tərtər, Ağdam, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılıb.

Əməliyyatlar zamanı 124 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 541 partlamamış sursat aşkarlanıb.