Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyən şəxslər artıq “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini həyata keçirə biləcək.
Bu barədə “Qafqazinfo”ya Fonddan məlumat verilib. Bildirilir ki, vətəndaşlar artıq bir neçə mobil tətbiqin “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasını dəstəkləyə biləcək.
İOS tətbiqləri:
Azərbaycan Beynəlxalq Bankı, Birbank, Unibank, Rabitə Bank, Paşa Bank, Umico, Express Bank
Android tətbiqləri:
Azərbaycan Beynəlxalq Bankı, Birbank, Unibank, Rabitə Bank, Paşa Bank, Umico, Express Bank
Vebsaytlar:
Azərbaycan Beynəlxalq Bankı, Kapital bank, Paşa Bank, Express Bank
Xatırladaq ki, yuxarıda qeyd olunan mobil tətbiqlərlə yanaşı “hesab.az”, “Hökumət ödəniş portalı”, “Asan ödəniş”, “Portmanat” və “E-pul” onlayn ödəmə portalları və Fondun rəsmi səhifəsi (https://qdf.gov.az/iane-et/) vasitəsilə də Qarabağ Dirçəliş Fonduna ianə etmək mümkündür.
Son xəbərlər
Son Xəbərlər