28 ölkənin gənclərinin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirən Azad Rəhimov bu münasibətlə onları təbrik edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, A.Rəhimov deyib: “Bu yeni platforma qısa müddətdə dünya gənclər hərəkatında öz yerini tapıb və sıralarını genişləndirərək beynəlxalq müstəvidə bir çox layihələr həyata keçirib. Qeyd etməliyəm ki, gələcəkdə də təşkilat tərəfdən irəli sürülən maraqlı ideyaları dəstəkləməyi Azərbaycan hökuməti öz üzərinə götürür.”
Nazir tədbir iştirakçılarını oktyabr ayında BMT-nin təşəbbüsü ilə Bakıda baş tutacaq "Gənclər siyasəti üzrə Qlobal Forum"a dəvət edib. Daha sonra iclas seksiyalarda öz işini davam edib.
Eyni zamanda səfəri çərçivəsində nazir Azad Rəhimov Saloniki şəhərinin meri Yannis Butarislə və Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Yorqos Orfanocla da görüşlər keçirib.
Son xəbərlər
Son Xəbərlər