Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, 29 avqust 2014-cü il tarixi saat 11:00-da Gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 yanvar küçəsi 148) vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Mingəçevir şəhəri ilə yanaşı Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab,Yevlax və Ağsu rayonlarından olan vətəndaşlar da iştirak edəcək. Qəbul haqda vətəndaşları məlumatlandırmaq məqsədilə, rayon gənclər və idman idarələri tərəfindən əhalinin sıx olduğu yerlərdə elanlar asılıb və qəbula yazılanların ilkin siyahısı hazırlanıb. Qəbulda həmçinin, Gənclər və İdman Nazirliyinin müvafiq şöbələrinin, struktur qurumlarının və tabeçiliyində olan təşkilatların rəhbərləri də iştirak edəcəklər.
Son xəbərlər
Son Xəbərlər