“Qafqazinfo” AzVision.az-a istinadən məlumatına görə, Associated Press eks-nazirin mətbuat katibinə istinadən xəbər verir ki, artıq Timoşenko koloniyanı tərk edib. Onun sözlərinə görə Xarkov türməsindən Timoşenkonu artıq buraxıblar, lakin, keçmiş baş nazirin sonrakı planları haqqında mətbuat katibi bir söz deməyib. Qeyri rəsmi məlumatlara görə Timoşenko Kiyevə üz tutub.
Qeyd edək ki, keçmiş baş nazir Yuliya Timoşenko Rusiya ilə qaz anlaşması zamanı səlahiyyətlərindən kənar hərəkətlərinin olması mühakiməsi ilə həbs edilmişdi.
Bundan əlavə ən son məlumatlara görə Ukrayna parlamenti ölkənin Baş prokuroru Viktor Pşonkaya etimadsızlığını bildirib. Şənbə günü müvafiq qərarın lehinə parlamentin iclasında 311 deputatdan 247-si səs verib.
Səsvermədən sonra Ali Radanın spikeri Aleksandr Turçinov deyib: "Viktor Pşonka artıq səlahiyyətlərini icra etmək hüququna malik deyil".
Son xəbərlər
Son Xəbərlər