Azadlıq-2015 seçki bloku toplandı- - Avropa oyunları müzakirə olundu

azadliq-2015-secki-bloku-toplandi-
Oxunma sayı: 1075


Toplantıda son hadisələrlə bağlı ölkədə yaranmış  ictimai- siyasi vəziyyət müzakirə edilərək qərara alınıb ki, prezident İlham Əliyevə təklif edilsin ki, aşkara çıxmış korrupsiya faktlarınnın obyektiv araşdırılmasına imkan yaratmaq və vahiməyə düşmüş məmur təbəqəsinin dövlət üçün təhdid yarada biləcək təxribatlarının neytrallaşdırılması üçün A.Rasizadə başda olmaqla Nazirlər Kabinetini  və Mərkəzi Bankın sədrini istefaya göndərsin və Nazirlər Kabinetini yenidən formalaşdırsın. Azadlıq – 2015 kabinetin təşkilinin prezidentn müstəsna səlahiyyəti olduğunu qəbul edərək yeni kabinetin tərkibinə hadisələrdə məsuliyyəti olan şəxslərin, oliqarx- məmurların  yeni kabinetə daxil edilməsinin məqsədəuyğun olmadığı  rəyini ifadə edir. Bundan əlavə, Milli Məclisə seçkilərin iki ay tezləşdirilməsi məsələsinə baxılması,  Milli Məclisin tətilinin ləğv edilməsi təklif edilsin.  Azadlıq- 2015 vətəndaşlarımıza müraciət edərək  ölkənin taleyi  üçün çox məsuliyyətli bir məqamda səfərbər olmağa, o cümlədən I yay Avropa oyunlarının tam  təhlükəsiz və uğurlu başa çatması üçün hər kəsi əlindən gələni əsirgəməməyə çağırır.