"Qafqazinfo" Meydan TV-yə istinadən xəbər verir ki, məhkəmə iddiası 12 saylı məntəqənin üzvləri adından hazırlanıb. Komissiya üzvləri redaksiyaları onarın şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirməkdə ittiham edir, buna görə 5 min manat mənəvi təzminat və təkzib tələb edirlər.
İddiaçılara görə, “Azadlıq” qəzetində və Meydan TV-də 12 saylı məntəqədə saxtakarlığın baş verdiyinə dair getmiş materiallar onların şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzlarına xələl gətirib.
23 dekabrda keçirilən bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı Cavid Abdullayev Yasamal rayonu 12 saylı seçki məntəqəsində seçicinin qutuya topa bülleten atdığını çəkib və məntəqə sədrinə baş verən halı dedikdə o, jurnalistin işinə müdaxilə edib və onu məntəqədən çıxarıb.
Qeyd edək ki, MSK 12 saylı məntəqədə baş vermiş qanun pozuntusunu əsas gətirərək onun nəticələrini ləğv edib və məntəqə komissiyasını buraxıb.
Son xəbərlər
Son Xəbərlər