“Azadlıq” qəzetinə daha bir dəstək

azadliq-qezetine-daha-bir-destek
Oxunma sayı: 645

AMİP-dən “Qafqazinfo”ya verilən məlumata görə, son 1 ildə məmurlar, millət vəkilləri, hökumətə bağlı biznes adamları “Azadlıq” qəzetinə qarşı 10-a yaxın defamasiya iddiası qaldıblar. Yerli məhkəmələr baxdıqları iddiaların əksəriyyətini təmin ediblər. İddialara baxan məhkəmə qəzetin və onun əməkdaşlarının üzərinə ümumilikdə 65 000 AZN-dən çox təzminat yükü qoyub. “Azadlıq” qəzeti həmin vəsaitin 4200 AZN-i Azərbaycan Nəqliyyat Nazirinin oğlu, “ZQAN Holdinq” Şirkətlər Qrupunun rəhbəri A.Məmmədova ödəməlidir. Yasamal Məhkəməsi icra şöbəsi qəzetin bank hesabına həbs qoyulmasını məhz Anar Məmmədov “Azadlığ”a qarşı işi üzrə qərarın icraya yönəldilməsi ilə əsaslandırıb.

AMİP olaraq bildiririk ki, qəzetin bank hesabı üzərinə həbs qoyulmasının qüvvəyə minmiş məhkəmə qərarının olması arqumenti ilə əsaslandırılması tamamilə qanunsuzdur. Çünki, yuxarıda qeyd olunan Anar Məmmədov “Azadlığ”a qarşı işi üzrə qəzetin maddi təzminat ödəməsini nəzərdə tutan qərarının icraya yönəldilməsindən bir həftə öncə məhkəmə qaydasında şikayət edilib. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə, icra ilə bağlı iddia qaydasında mübahisə qaldırılarsa, icraatın dayandırılması məcburidir. Həmin qanunun 19-cu maddəsinə görə, belə durumlarda icraat iddia üzrə mübahisə bitənədək dayandırılmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyası yuxarıda sadalanan pozuntularla müşayət olunan qərarı ölkədə söz azadlığına ciddi müdaxilə sayır və qəzetin sıradan çıxarılmasına xidmət etdiyini vurğulayır. AMİP hakimiyyəti qanunsuzluğa yol vermiş və onları icra etmiş şəxslərin hərəkətlərini araşdırmağa, ölçülər götürməyə, media qurumunun pozulmuş haqlarını bərpa etməyə çağırır.